Qaz sızmasından xəbəriniz olacaq - yeni qurğu - VİDEO

Qaz sızmasından xəbəriniz olacaq - yeni qurğu - VİDEO
22:52 11 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə Şirvan sakininin ixtira etdiyi cihaz barədə xəbər vermişdik. Həmin qurğu qaz sizması zamanı ev sahibinə zəng edərək məlumat verirdi. İxtiraçı cihazı daha da təkmilləşdirib və ona yeni funksiyalar əlavə edib.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Şirvan sakini 32 yaşlı Şamil Qaçayev bir neçə ay əvvəl hazırladığı cihazda yeniliklər edib.

Qız sızması baş verəndə cihaz yüksək səslə məlumat verir və havatəmizləyiciləri işə salır.

Şamil Qaçayev pult sistemi ilə idarə edilən havatəmizləyicilər üzərində də işləyir. Qaz sızması zamanı mərkəzi qurğudan bütün otaqlardakı havatəmizləyicilərə məlumat ötürüləcək və onlar dərhal işə düşəcək.

Qurğunun hazırlanması 40 manata başa gəlib.

Şamil Qaçayev müəlliflik hüququ əldə etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib. Məktubuna cavab olaraq bildirilib ki, cihaz haqqında müvafiq məlumatların olduğu sənədləri komitəyə təqdim etməlidir.

Şamil Qaçayev deyir ki, tələbat olsa onun sayını artıraraq kütləvi satışını da həyata keçirmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR