Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Beş aydır məvacib ala bilmirəm"

"Beş aydır məvacib ala bilmirəm"

Date: 11 January 2016 23:27

"Kuban"ın iki tanınmış hücumçusu Roman Pavlyuçenko və Andrey Arşavin komandanın qış məşq toplantısını buraxıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, vaxtilə "Tottenham"in də şərəfini qorumuş Pavlyuçenko yerli medianın bəzi suallarını cavablandırıb.

- Klubun qış toplantısına qatılmaq istəyirsən?
- Bu, rəhbərlikdən asılıdır. Həllini tapmayan maliyyə məsələləri var. Məvaciblə bağlı öhdəlik yerinə yetirilməyib. "Kuban"dan maaşımı ala bilmirəm.
- Müqavilənin ilk günündən?
- Bəli. Qış toplantısına qatılmadım ki, rəhbərlik biraz oyansın. Beş aydır ki, mənə məvacib verilmir.
- Pul ödənməsə, müqaviləni pozacaqsan?
- Xeyr. Ümid edirəm ki, klub rəhbərliyi öhdəliyini yerinə yetirəcək. Komanda yanvarın 14-də toplanışa gedir. Bu müddətə qədər mənimlə hesablaşsalar, yaxşı olar.
- İdman formasını necə saxlayırsız?
- Fitneslə məşğul oluram. Fərdi məşq edirəm. Komanda ilə məşq etməyi də istəyirəm.
- Karyeranı başqa yerdə davam etdirmək ehtimalını agentinlə müzakirə etmisən?
- İndi "Kuban"ın futbolçusuyam deyə, başqa variant axtarmırıq.

Milli.Az


Tags:  Beş aydır məvacib ala bilmirəm

RƏYLƏR


Top news