Samir Şərifov: Regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı təmin edilib

Samir Şərifov: Regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı təmin edilib
23:03 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ziyad Səmədzadə: “Ötən il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb” (25 May 2017 11:58)
Abid Şərifov Bakının yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsindən danışdı (09 May 2017 10:29)
Samir Şərifov Yaponiyaya səfər edəcək (02 May 2017 16:08)

Bakı. Trend:

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib.

Trend-in məlumatında görə, bu fikri ölkə başçısı yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər:

"Möhtərəm Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.

Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub.

Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub".

Maliyyə naziri bildirib ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətləri ilə təmin edilən daxilolmalar 100,1 faiz səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib.

2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları isə 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0 milyon manat, 2014-cü illə müqayisədə isə 694,0 milyon manat və ya 9,5 faiz çox təşkil edib:

"Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur.

Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib.

Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5,0 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3 faiz çoxdur".

S. Şərifov bildirib ki, ayrılmış vəsaitin 190,0 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib:

"Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası olaraq ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub.

2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708,0 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161,0 milyon manat sərf edilib.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrindən bütövlükdə 378,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150,0 milyon manat vəsait sərf olunub.

Şəffaflığın təmin edilməsi məqsədilə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206,0 milyon manat ünvanlı sosial yardım verilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib, 18 yaşa çatmış və valideyn himayəsindən məhrum olmuş uşaqların mənzil problemlərinin aradan qaldırılması üçün “Məzun Evi” Sosial Müəssisəsi yaradılıb".

Maliyyə naziri qeyd edib ki, Prezidentin müvafiq Fərmanının icrası olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə 744 mənzil verilib.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 331,0 milyon manat vəsait ayrılıb ki, bunun da 33,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib:

"Hesabat ilində 3 milyard 659 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması layihələrinin icrası davam etdirilib.

Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ölkənin 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilib, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilib.

Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və rayonlarında əlillər və şəhid ailələri üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək onların istifadəsinə verilib".

S. Şərifov bildirib ki, 2015-ci ildə hökumət tərəfindən cəlb olunmuş kredit xətləri hesabına 1,7 milyard manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 994,0 milyon manat məbləğində vəsait iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün istifadə edilib:

"Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 228,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.

Sahibkarlığın inkişafı diqqət mərkəzində qalmaqdadır. Sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası sürətlə davam etdirilib, 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə, həmçinin “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə ticarət, ictimai iaşə, mülki tikinti sahələrində sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş vergi rejiminin tətbiqinə 2016-cı il yanvarın 1-dən başlanılıb.

2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15 milyon manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu üzrə 945,0 milyon manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70,0 milyon manat təşkil edib.

Ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249,0 milyon manat məbləğində güzəştli kredit verilib.

Verilən kreditlərin 40,0 faizi və yaxud 100,0 milyon manatı dövlət büdcəsindən, 60,0 faizi və yaxud 149,0 milyon manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni, qaytarılmış kreditlər hesabına olub.

Bütövlükdə ayrılan güzəştli kreditlərin 85,6 faizi aqrar sektorun, 14,4 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

Bununla yanaşı, 2015-ci ildə 5160 sahibkara 56,0 milyon manat məbləğində kiçikhəcmli güzəştli kredit verilib".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32

Şou ulduzu çimərlikdə - FOTO

25 May 2017 23:32

Masallıda onlarla evdə çökmə baş verib:

25 May 2017 23:30

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

25 May 2017 23:22

Oğlan uşağını necə tərbiyə edək?

25 May 2017 23:22

Kann Festivalında tanınmış modellərin dekolte şousu - FOTOLAR

25 May 2017 23:18

Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏ

25 May 2017 23:17

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:17

Həbsdə olan müstəntiq kitab yazır

25 May 2017 23:15