Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Dörd illik ciddi qənaət rejimini təmin edəcək smeta hazırlanmalıdır"- Nazirdən anons

"Dörd illik ciddi qənaət rejimini təmin edəcək smeta hazırlanmalıdır"- Nazirdən anons

Date: 11 January 2016 23:04

Neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.

 

"APA-Economics"in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazirin sözlərinə görə, bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.

 

S. Şərifov əlavə edib ki, manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat mallarının qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərini neytrallaşdırıması təbdirlərinin həyata keçirilməsi planlaşdırılır.

 

"Bununla yanaşı, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərdə islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır", - deyə nazir qeyd edib.


Tags:  Dörd illik ciddi qənaət rejimini təmin edəcək smeta hazırlanmalıdır- Nazirdən anons

RƏYLƏR


Top news