Yenə də Messi!

Yenə də Messi!
23:12 11 Yanvar 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Qızıl top" mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriln tədbirdə bəlli olub.

Mükafata "Qızıl top"un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, "Barselona"nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo namizəd idi.
 
Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.
 
Qalib isə argentinalı Lionel Messi olub.
 
Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı bəlli olub.
 
Kişilər arasında ilin ən yaxşı futbolçusu:

Lionel Messi ("Barselona", Argentina yığması)
 
Qadınlar arasında ilin ən yaxşı futbolçusu:

Karli Lloyd ("Hyuston", ABŞ yığması)
 
Kişilər arasında ilin ən yaxşı məşqçisi:

Luis Enrike ("Barselona")
 
Qadınlar arasında ilin ən yaxşı məşqçisi:

Cil Ellis (ABŞ yığması) 
 
İlin ən yaxşı qolu:

Vendell ("Atletiko Qoyanense"), "Qoyanezi"nin qapısına
 
İlin simvolik yığması:
 
Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo
 
"Fair-Play" mükafatı:

Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR