Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beyaz canlı yayımda üzr istədi - VİDEO

Beyaz canlı yayımda üzr istədi - VİDEO

Date: 11 January 2016 23:27

"Kanal D Ana Haber" verlişinin qonağı olan aparıcı Beyazit Öztürk canlı efirdə üzr istəyib.

Big.az Türkiyə mətbuatına istinadən bildirir ki, aparıcı açıqlamasında belə bildirib:
"Təəccüblüyəm,kədərliyəm... Canlı yayımda öz səsimə qulaq asmaqdan zəng vuran insanın danışığını eşitmədim. Mən polis uşağıyam, bu millətin içindəyəm. Pis oldum. Biz həmişə millətə, vətənə bağlı böyümüşük. Şanssızlıq oldu deyək.Birinin əgər qəlbini qırmışamsa, üzr istəyirəm. Amma çox xahiş edirəm məni siyasi məsələlərə qarışdırmayın. İşimi çox sevirəm və işimi də Kanal D-də davam etdirəcəm. İsətəmədən bir şey etmişəmsə, bir daha üzr istəyirəm".

Xatırladaq ki, Ayşe Çelik adlı izləyici Beyazit Öztürkün apardığı Beyaz Show-a zəng edib belə demişdi:

"Ölkənin şərqində yaşayanlardan xəbəriniz var? Burada yaşananlar çox fərqli təqdim olunur. Səssiz qalmayın. İnsan olaraq bu mövzulara yanaşın. Yazıq insanlar ölməsin, uşaqlar ölməsin, analar ağlamasın".

Milli.Az


Tags:  Beyaz canlı yayımda üzr istədi VİDEO

RƏYLƏR


Top news