Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2015-ci ilin ən yaxşı qolu bəlli oldu - VİDEO

2015-ci ilin ən yaxşı qolu bəlli oldu - VİDEO

Date: 11 January 2016 23:52

2015-ci ilin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatının sahibi açıqlanıb.

Milli.Az qol.az-a istinadən bildirir ki, FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekun nəticələrinə əsasən, "Qoyanesii"nin futbolçusu Vendell Liranın "Atletiko Qoyanense"yə vurduğu qol ötən ilin ən yaxşısı seçilib.

Qeyd edək ki, bu mükafata digər namizədlər Lionel Messi  ("Barselona") və Alessandro Florensi ("Roma") idi.

Xatırladaq ki, ötən il bu mükafatı Kolumbiya millisinin futbolçusu Xames Rodriqes qazanıb.

Milli.Az


Tags:  2015-ci ilin qolu bəlli oldu VİDEO

RƏYLƏR


Top news