Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçuların ləqəbləri - SIYAHI

Məşhur futbolçuların ləqəbləri -   SIYAHI

Date: 12 January 2016 00:12

Öz oyunları və vurduğu möhtəşəm qollarla gündəmə gələn, hər kəsin sevdiyi məşhur futbolçular öz ləqəbləri ilə də hər kəsi təəccübləndirib. Məşhur futbolçulara verilən maraqlı ləqəbləri sizə təqdim edirik:

İdman karyerasını 1982-2004-cü ilərdə İtaliyada keçirən, "Fiorentina", "Yuventus", "Milan", "Bolonya", "İnter" kimi klublarının şərəfini qoruyan, İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən dünya çempionatlarında ölkəsini təmsil edən məşhur futbolçu Roberto Bacco öz maraqlı ləqəbi ilə seçilənlərdən olub. Onun ləqəbi “At quyruğu” olub.

Futbolsevərlərin çox yaxşı tanıdığı italyan ulduz Fabio Kannavaro da öz maraqlı ləqəbi ilə tanınır. Onu hər kəs “Berlin divarı” deyə tanıyıb. İtalyanın ən yaxşı müdafiəçilərindən biri olan Kannavaro futbol həyatına "Napoli"də başlayıb. Performansıyla böyük klubların diqqətini çəkən oyunçu "Parma"dan "İnter"ə, oradan da "Yuventus"a transfer olunub. 2006-cı ildə UEFA tərəfindən "İlin futbolçusu" seçilib. Kannavaro bu mükafatı alan 3 müdafiəçidən biridi.

Qana əsilli italyan futbolçu Mario Balotelli də maraqlı ləqəbləri olan futboçular siyahsındadı. Onu hər kəs “Super Mario” adlandırır. Qalmaqallı oyunçu hazırda "Milan"ın oyunçusudu.

Məşhur çexiyalı futbolçu Tomaş Rositskinin də ləqəbi var. Dostları onu “Balaca Motsart” adlandırır. İngiltərənin "Arsenal" klubunda və Çexiya millisində forma geyinən futbolçu dünyanın ən yaxşı mərkəz oyunçularından biri hesab olunur.

Braziliya milli komandasının və Yunanıstanın "Panatinaikos" klubunun şərəfini qoruyan məşhur futbolçu Cilberto Silvanın ləqəbi “Görünməz divar"dı. 1976-cı ildə Braziliyada anadan olan oyunçunun ilk peşəsi mebel ustası olub.

Dünya şöhrətli futbol ulduzu, "Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun ləqəbi “Sulu göz” olub. Anasının və yaxınlarının dediyinə görə, oyun zamanı ona pas ötürülmədikdə, yaxud da istədiyi kimi oynamadıqda yanaqlarını sıxaraq ağlamağa başlayırmış.

Fransalı futbolçu, "Real"ın baş məşqçisi səfiri Zinəddin Zidanın ləqəbi “Zizu” olub. 2006-cı ildə futbolçu karyerasını başa vuran əfsanəvi oyunçu karyerası ərzində Fransanın "Kann", "Bordo", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında çıxış edib.

Adının mənası portuqalcadan “balaca Ronaldo” olan məşur futbolçu Ronaldinyonu hər kəs "Ronni" deyə çağırır. Məşhur yarımmüdafiəçinin son iş yeri Braziliyanın "Fluminense" klubu olub.(anspress)

Fanat.az

Tags:  Məşhur futbolçuların ləqəbləri SIYAHI

RƏYLƏR


Top news