Prezident İlham Əliyev: 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik

Prezident İlham Əliyev: 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik
00:18 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır: “Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq”.

İlham Əliyev vurğulayıb ki, ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır:

“Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik.

Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır:

“Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır”.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar:

“Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Çünki dövlət investisiyaları təbii ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar.

Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilibdir”.

İlham Əliyev bildirib ki, elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi:

“Yəni, Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu almaq istəyən tanışı tutulub

23 Avqust 2017 12:32

Türkiyədə futbol matçı zamanı telefonla danışan polis meydana girib

23 Avqust 2017 12:32

Nardaran sakini ov tüfəngini könüllü olaraq polisə təhvil verib

23 Avqust 2017 12:32

Havanın temperaturu 41 dərəcəyədək yüksələcək

23 Avqust 2017 12:27

Bakıda ağac qalmaqalı

23 Avqust 2017 12:26

Müharibənin qarşısını almaq üçün YEGANƏ VARİANT: Moskvanın təklifi və REALLIQLAR

23 Avqust 2017 12:23

DİN meyxana ustası Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

23 Avqust 2017 12:22

Xəyanət edən ərindən seksual geyimi ilə intiqam alan əfsanəvi LEDİ - FOTO

23 Avqust 2017 12:18

Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib

23 Avqust 2017 12:17

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:13

Paytaxtda iki ev yanıb, bir qadın ölüb

23 Avqust 2017 12:13

Azərbaycanda lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir

23 Avqust 2017 12:12

SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

23 Avqust 2017 12:12

Bakı sakini yanaraq öldü

23 Avqust 2017 12:09

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir

23 Avqust 2017 12:09

İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

23 Avqust 2017 12:07

Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir

23 Avqust 2017 12:07

Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır, 16 minə yaxın mənzil plana düşdü

23 Avqust 2017 12:03

8651 nəfər peşə məktəblərinə qəbul olunub

23 Avqust 2017 11:59

Bakını bürüyən toz dumanı

23 Avqust 2017 11:59

Kurtizanka idi, səfirlə evləndi, admiralın məşuqəsi oldu - TARİXİN ƏN QƏRİBƏ TALELİ QADINI - fotolar

23 Avqust 2017 11:53

İki məşhur klubdan Arda Turana təklif

23 Avqust 2017 11:47

“Neft Daşları”nda yeni quyu istismara verilib

23 Avqust 2017 11:47

Azərbaycanda ilk dəfə çarpaz orqan transplantasiyası əməliyyatı icra olunub

23 Avqust 2017 11:47

Samiraldo OD PÜSKÜRDÜ: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

23 Avqust 2017 11:43

Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

23 Avqust 2017 11:42

Azərbaycanlı qızın bu görüntüləri interneti "partlatdı"

23 Avqust 2017 11:40

Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA

23 Avqust 2017 11:38

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

23 Avqust 2017 11:37

“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq

23 Avqust 2017 11:37

Sərdar Ortacın özündən 3 yaş kiçik qaynatası

23 Avqust 2017 11:36

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

23 Avqust 2017 11:35

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

23 Avqust 2017 11:32

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - QANDONDURAN CİNAYƏT

23 Avqust 2017 11:29

"Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU

23 Avqust 2017 11:24

“Əbədi müttəfiq”dən geosiyasi düşmənə: Böyük layihə BAŞ TUTACAQMI?

23 Avqust 2017 11:23

Bakıda toz dumanı bir qədər də arta bilər

23 Avqust 2017 11:21

Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ

23 Avqust 2017 11:19

Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO

23 Avqust 2017 11:18

Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir"

23 Avqust 2017 11:17

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

23 Avqust 2017 11:17

Yığmamız Belarusa uduzdu

23 Avqust 2017 11:17

Naxçıvanda hücum təyyarələri havaya qalxdı

23 Avqust 2017 11:16

Bakıdakı qatı toz dumanının səbəbi açıqlandı

23 Avqust 2017 11:14

"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

23 Avqust 2017 11:12

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:08

"Kopenhagen" - "Qarabağ": bukmeykerlər nə deyir?

23 Avqust 2017 11:07

Prezident orta məktəbin yeni korpusunun açılışında

23 Avqust 2017 11:07

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

23 Avqust 2017 11:02

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

23 Avqust 2017 11:02