Prezident: “Pozuntulara yol verənlər ciddi cəzalandırılmalıdırlar”

Prezident: “Pozuntulara yol verənlər ciddi cəzalandırılmalıdırlar”
00:49 12 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir”

“Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik”.

 

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır” deyə, prezident bildirib.

 

Ölkə başçısı deyib ki, Azərbaycanın iqtisadi qurumları, eyni zamanda, xaricdəki səfirliklər də bu işlərə qoşulmalı, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir.

 

Prezident bildirib ki, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar: “Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulub, investisiyanın mənbəyi nədir”.

 

 

Dövlət başçısı vergi bazasının genişləndirilməli olduğunu bildirib: “Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır”.

 

Prezident deyib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır: “İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır”.

 

 

Prezident maliyyə nəzarətinin daha da gücləndirilməli olduğunu, xüsusilə Hesablama Palatasının dövlət qurumlarının və şirkətlərinin xərclərinə çox ciddi nəzarət etməli olduğunu bildirib.

 

“Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar” deyə, prezident qeyd edib.

 

Ölkə başçısı nağd pul dövriyyəsi sferasının azaldılmasının vacibliyini vurğulayıb: “Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın”.

 

Prezident beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirdiyini də xatırladıb.

 

 

Ölkə başçısı biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüldüyünü, lisenziyaların, icazələrin sayının azaldıldığını, bürokratik əngəllərin aradan götürüldüyünü vurğulayıb: “Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq”.

 

Prezident bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməli olduğunu, həmçinin özəl bankların daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmasının vacibliyini qeyd edib: “Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik”.

 

 

Prezident bildirib ki,  bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir: “Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək”.

 

Prezident istehlak qiymətlərinə çox ciddi nəzarət etməyin vacibliyini vurğulayıb: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.

 

 

Ölkə başçısı bu il bütün sosial proqramların tam icra ediləcəyini, məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulduğunu qeyd edib: “Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub”.

 

Prezident ixrac qabiliyyətinin artırmasının vacibliyini qeyd edib: “Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir”.

 

 

Prezident bildirib ki, texnoparklar, sənaye klasterləri yaradılması da davam etməlidir. O, bu sahədə mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanlarının fəal işləməli olduğunu bildirib: “Onlar bunu təşkil etməlidirlər, yerlər ayırmalıdırlar, şərait yaratmalıdırlar. Bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?”

 

 

Prezident qeyd dib ki, rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı artıq bir neçə dəfədir ki, məsələ qaldırır: “Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək

23 May 2017 09:42

Bu gün dollar neçəyədir?

23 May 2017 09:41

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 May 2017 09:38

Manatın MƏZƏNNƏSİ

23 May 2017 09:37

Azərbaycan nefti 55 dollara yaxınlaşır

23 May 2017 09:37

"Milan"ın ilk transferi

23 May 2017 09:37

Azərbaycan Meksikada keçirilən festivalda təmsil olunub (FOTO)

23 May 2017 09:36

Cəbhədən xəbər var

23 May 2017 09:35

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.05.2017)

23 May 2017 09:32

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub

23 May 2017 09:32

Qrizman etiraf etdi: 10 üzərindən 6 ehtimal...

23 May 2017 09:32

Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

23 May 2017 09:29

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 115 dəfə atəşə tutulub

23 May 2017 09:29

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 May 2017 09:29

Cəbhədə vəziyyət yenidən GƏRGİNLƏŞDİ

23 May 2017 09:28

Atəşkəs 115 dəfə pozulub

23 May 2017 09:24

Tanınmış aktrisaya ağır itki

23 May 2017 09:23

Əflatun Amaşov yazır: “Vüqar Rəhimzadə olmaq”

23 May 2017 09:22

"Yuventus" çempion oldu

23 May 2017 09:22

Qızıl bahalaşdı

23 May 2017 09:19

Bu günün TƏQVİMİ

23 May 2017 09:18

"Qalatasaray"ın "Mançester Siti"ni parçalamaq planı

23 May 2017 09:17

Kriştiano Ronaldonun sevgililəri - FOTOLAR

23 May 2017 09:17

Super Liqada şok: tarix yazan baş məşqçi istefa verir

23 May 2017 09:17

"Qəbələ"dən iki heç-heçə, "Milan" "Real"a qalib gəlib çempion oldu

23 May 2017 09:17

SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

23 May 2017 09:12

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

23 May 2017 09:12

“Yuventus” Xuan üçün 20 milyon ödədi

23 May 2017 09:12

AzTA: Oyunlar dövründə qonaqların yerləşdirilməsi ilə bağlı problem olmayıb

23 May 2017 09:08

"Brent" nefti ucuzlaşdı

23 May 2017 09:08

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 09:05

Marsda kassa aparatı tapılıb? - İDDİA

23 May 2017 09:05

Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - FAKTLAR

23 May 2017 09:03

Avropada konsert zamanı TERROR

23 May 2017 09:03

Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib

23 May 2017 09:02

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi... (FOTO)

23 May 2017 09:01

Quterreş Ruhanini təbrik edib

23 May 2017 08:57

Ramazan bayramı namazı necə qılınır?

23 May 2017 08:57

Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

23 May 2017 08:57

Planşet bazarı 13,7 faiz azalacaq

23 May 2017 08:52

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

23 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 May 2017 08:47

Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçiriləcək

23 May 2017 08:43

ABŞ Yəməndə "əl-Qaidə"yə qarşı reyd keçirib: 7 silahlı məhv edilib

23 May 2017 08:43

“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

23 May 2017 08:42

Ayrılmaq istəməyən cütlüklər üçün ən ideal evlənmək vaxtı

23 May 2017 08:38

Türkiyə suriyalılara bütün ölkələrdən daha çox yardım edib

23 May 2017 08:37

Yetkinlik yaşına çatmağın əlamətləri hansılardır?

23 May 2017 08:37

Azərbaycanda nə qədər smartfon istifadə olunur? - DÜNYA REYTİNQİ

23 May 2017 08:32

Konte İngiltərənin ən yaxşısı seçildi

23 May 2017 08:28