Bərdədə tikinti-quruculuq işləri davam etdirilir

Bərdədə tikinti-quruculuq işləri davam etdirilir
01:43 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 12 yanvar, AZƏRTAC
Bərdə rayonunda tikinti və quruculuq-abadlıq işləri davam etdirilir. Yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur, yaşılıqlar salınır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə şəhərində kənd təsərrüfatı idarəsi üçün inzibati - laboratoriya binasında inşaat işləri başa çatıb. Hazırda 100 yerlik şəhər 4 saylı körpələr evinin, toxumçuluq müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu anbarın tikintisi davam etdirilir. Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulur, “Bərdə” türbəsi bərpa olunur. Hər biri 1150 şagird yerlik şəhər 2 və 6 nömrəli, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri və kommunal yaşayış binaları əsaslı təmir edilir.
Tikinti-quruculuq ili kimi yadda qalan 2015-ci ildə Bərdə şəhərində Heydər Əliyev adına park-bulvarın, regional “ASAN xidmət” mərkəzinin, uşaq incəsənət məktəbinin, yol polisi xidmətinin və təhsil şöbəsinin inzibati binalarının, Türkmən kənd tam orta, şəhər 7 nömrəli ümumi orta və 2 nömrəli uşaq musiqi məktəblərinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində Qarabağ Aqrar Sənaye Parkının, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərinin İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub, piyada yolları tikilib, 40 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilib, fasadları təmir edilib. Küçə və meydanlarda, yol kənarlarında 28 mindən çox ağac və 51 mindən çox gül kolu əkilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_tikinti_quruculuq_isleri_davam_etdirilir-917632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR