Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xətai və Sabunçuda civə həyəcanı

Xətai və Sabunçuda civə həyəcanı

Bakıda küçədən civə tapıldı (11 Mart 2017 12:47)
Aeroportda CİVƏ HƏYƏCANI: reyslər dayandı (24 Fevral 2017 22:03)

Tarix: 12 Yanvar 2016 01:58

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınıb və daxilindəki civə ətrafa dağılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 22:30-da başa çatıb.

Həmçinin, paytaxtın Sabunçu rayonunda da mənzildə termometrin sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 00:00-da başa çatmışdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Xətai Sabunçuda civə həyəcanı



RƏYLƏR


Top xəbərlər