Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək

Rusiya hərəkətə keçdi: böyük müharibə ilə ÜZ-ÜZƏ (18 Mart 2017 16:33)
ABŞ rəsmən elan etdi – MÜHARİBƏ BAŞLAYIR (17 Mart 2017 16:38)
Şimali Koreya ABŞ və Cənubi Koreyanı təhdid etdi - (14 Mart 2017 21:47)

Tarix: 12 Yanvar 2016 05:29

ABŞ Cənubi Koreyada yenidən nüvə silahı yerləşdirmək niyyətində deyil.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi Vaşinqton nümayəndəsi bildirib.

 

“Koreya yarımadasına nüvə silahının qaytarılması regionda təhlükəli silahlanma yarışına gətirib çıxara bilər”, deyə ABŞ rəsmisi vurğulayıb.

 

Eyni zamanda o qeyd edib ki, son hadisələrlə əlaqədar Vaşinqton və Seul Cənubi Koreyanın təhlükəsizliyinin möhkəmləndirilməsi yollarını müzakirə edirlər.

 

Qeyd edək ki, yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib.

 

Xatırladaq ki, ABŞ nüvə silahını Cənubi Koreyadan 1991-ci ildə çıxarıb. 


Teqlər:  ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək



RƏYLƏR


Top xəbərlər