Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neft rekord həddə ucuzlaşır

Date: 12 January 2016 05:51

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin qiyməti yenidən ucuzlaşaraq 31,55 dollara düşüb.

“Texas” markalı neftin qiyməti də ucuzlaşmaqda davam edir. Belə ki, “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 31,33 dollara düşüb.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə 1.79 dollar ucuzlaşıb. Bir barelin qiyməti 34,00 dollar təşkil edib.

Qızılın qiymətində isə ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,23 dollardır. Ötən gün isə 35,55 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Yanvarın 11-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1.7009 manatdan 1.7072-yə yüksəlib. Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0209-dan 0.0208 manata enib.

Mərkəzi Bankın 12.01.2016-cı il tarixinə (bu gün) USD/AZN rəsmi məzənnəsi 1,5685 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Tags:  Neft rekord həddə ucuzlaşır


RƏYLƏR


Top news