Bakıda hamilə qadının faciəvi ölümü: sürətlə gələn maşın qadını vurdu

Bakıda hamilə qadının faciəvi ölümü: sürətlə gələn maşın qadını vurdu
07:16 12 Yanvar 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda maşın hamilə qadını vuraraq öldürüb.

Məlumata görə, hadisə Xocahəsən qəsəbəsində baş verib. Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen-Passat” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub.

Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq avtomobilin içinə girib. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin hamilə vəziyyətdə olan Həqiqət Məmmədova çoxsaylı xəsarətlər aldığından, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində polis əməkdaşaları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.

Sürücünün ifadəsi alınıb avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR