​Prezident: "Turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb etməliyik"

​Prezident: "Turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb etməliyik"
07:22 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb etməliyik. Biz turistlərin axınını təmin etməliyik".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bildirib.
"Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq kifayət qədər böyük işlər görüb. Biz dövlət hesabına “Şahdağ” kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada otellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci otel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni – şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. Budur məqsəd. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə, turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. İndi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin", - deyə dövlət başçısı qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/prezident-turizm-sektorunun-inkisafi-ucun-yerli-ve-xarici-sermaye-celb-etmeliyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR