Bağdadda ticarət mərkəzində 17 nəfər ölüb, girovlar azad edilib

Bağdadda ticarət mərkəzində 17 nəfər ölüb, girovlar azad edilib
07:32 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtında  silahlı insident nəticəsində 17 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Bağdadda ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb.
 
Daha sonra silahlılar içəri daxil olaraq atəş açıb və insanları girov götürüblər. Polis ərazini əhatəyə alıb və girovların azad olunması istiqamətində xüsusi əməliyyat keçirilib.
 
Silahlılardan ikisi atışma zamanı məhv edilib. Daha iki terrorçunun "şəhid kəmərini" işə salması bir neçə girovun ölümünə səbəb olub. Digər girovlar azad olunub. Son məlumata əsasən, hazırda vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. 
 
Qeyd edək ki, insidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR