İlham Əliyev: "Çalışacağıq ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək"

İlham Əliyev: "Çalışacağıq ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək"
07:32 12 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR: “Mərhum Bahar Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir” (18 May 2017 16:32)
Yaxın iki ildə Türkiyədə dolların məzənnəsi 5 lirə həddini keçəcək (16 May 2017 12:32)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb (12 May 2017 13:12)

"Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etdiyini diqqətə çatdırıb: "Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.

Bu gün burada regionda gedən proseslərlə bağlı öz fikirlərimi bildirərkən, eyni zamanda, ictimaiyyətə çatdırmaq istəyirəm ki, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq. Çalışacaq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin.

2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək".

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb: "Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir.

Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.

Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir".

İlham Əliyev bildirib ki, regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir: "Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur:

"Ötən il əhalinin sayı 114 min nəfər artıb. Bu, çox müsbət haldır, ümumi iqtisadi inkişafın təzahürüdür. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki bir il ərzində əhalinin sayının 114 min nəfər artması gələcəkdə yeni iş yerləri, bir neçə ildən sonra yeni uşaq bağçaları, yeni məktəblər deməkdir. Biz bunları etməliyik. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, əhali artır. Eyni zamanda, bu, bizim iqtisadiyyatımıza əlavə yükdür. Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni icra etməliyik".

Prezident bildirib ki, keçən il TANAP layihəsinin inşası başlanmışdır: "Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər. Bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşür və biz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir. Bu il artıq kəmərin inşası başlayır".

İlham Əliyev deyib ki, 2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir.

"İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirdik. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, gözəl Bakı şəhərimizi göstərdik. Azərbaycan reallıqlarını 6 min idmançı, minlərlə qonaq öz gözləri ilə görə bilmişlər. Bu reallıqlar bizim nüfuzumuzu daha da artırır və gələcəkdə Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana gələcək turistlərin sayını artıracaq. Yəni, Avropa Oyunları sadəcə olaraq, dünyaya bizim təqdimatımız deyildi. Onun çox böyük praktiki nəticələri olacaqdır. Biz müasir idman, xidmət və nəqliyyat infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan xalqının sərvətidir və bu Oyunlar əlbəttə ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik. Əlbəttə ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk.

2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Bütün beynəlxalq rəy sorğuları da rəsmi nəticələri təsdiqləyir. Yəni, bu, çox önəmli hadisədir. Çünki biz demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq. İnsan haqları, demokratik inkişaf daim bizim prioritet istiqamətlərimizdir. Seçkilər, istənilən seçkilər bu istiqamətdə bir sınaqdır. Biz bu sınaqdan şərəflə çıxdıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuşdur. Eyni zamanda, aparılan siyasətə xalq tərəfindən yüksək qiymət verilmişdir. Çünki mən seçkilərin nəticələrini belə qəbul edirəm. Bir tərəfdən Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmişdir, digər tərəfdən, parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 08:22

Şimali Koreya raket buraxdı

29 May 2017 08:18

Bakıda 24 yaşlı gənc bıçaqlanıb

29 May 2017 08:17

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 08:12

Cənubi Koreya hərbçiləri KXDR tərəfindən raket buraxılışı barədə məlumat verib

29 May 2017 08:12

Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

29 May 2017 08:07

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 08:05

Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - FOTO/VİDEO

29 May 2017 08:03

Totti "Roma"nın heyətində son oyununu keçirib

29 May 2017 07:57

"Ermənistandakı "İsgəndər-m" raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir"

29 May 2017 07:57

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü, 15 yaralı

29 May 2017 07:52

Yeni cehiz sandıq kolleksiyası - FOTOLAR

29 May 2017 07:48

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 07:47

"Qızıl buts"un sahibi məlum olub

29 May 2017 07:47

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

29 May 2017 07:42

Bakıda gənc qadın özünü 8-ci mərtəbədən yerə atıb

29 May 2017 07:37

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar müəyyənləşib

29 May 2017 07:37

Venesuelada detirazlar zamanı daha 2 nəfə ölüb

29 May 2017 07:29

Park mənzərəli ev - FOTO

29 May 2017 07:22

"Onlar artırmalıdır"

29 May 2017 07:17

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

29 May 2017 07:12

Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTO

29 May 2017 07:05

20 yaşlı futbolçudan dahiyanə qol - VİDEO

29 May 2017 06:58

İçində üç bağ olan ev - FOTO

29 May 2017 06:32

“Qızıl buts”un sahibi bəlli oldu

29 May 2017 06:24

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29 May 2017 06:12

İyunun 10-dan YENİ QAYDALAR - Enerji içkiləri və tütün məhsulları...

29 May 2017 06:03

Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

29 May 2017 05:57

Abşeronda yanğın olub

29 May 2017 05:50

Kann kinofestivalının qalibi məlum olub

29 May 2017 05:47

Şəhər kənarında ənnəvi ev - FOTO

29 May 2017 05:32

Mançesterdə terror aktının araşdırılması çərçivəsində kimyaçı tələbə saxlanılıb

29 May 2017 05:15

Luçesku istefaya göndərildi

29 May 2017 04:58

Yunanıstanın sabiq baş naziri vəfat edib

29 May 2017 04:57

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

29 May 2017 04:42

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28