Prezident İlham Əliyev: "2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik"

Prezident İlham Əliyev: "2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik"
07:37 12 Yanvar 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti Macarıstana səfər edəcək (24 May 2017 13:54)
Prezident İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul edib (22 May 2017 20:31)
Prezident İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib (18 May 2017 11:43)

"Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır: "Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq".

İlham Əliyev vurğulayıb ki, ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır:

"Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik.

Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq".

İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır:

"Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır".

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar:

"Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Çünki dövlət investisiyaları təbii ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar.

Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilibdir".

İlham Əliyev bildirib ki, elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi:

"Yəni, Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ekspert: Neftin qiyməti bir barrel üçün 60 dollar həddini aşacaq

25 May 2017 22:08

"From Zero to Ceo" konfransı keçiriləcək

25 May 2017 22:06

Xəyyam Nisanovun toyunda nələr baş verir? - VİDEO - FOTO

25 May 2017 22:05

Rəqsanə ad gününü qeyd edir - FOTO

25 May 2017 22:05

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam" - "Toppuş bacı"

25 May 2017 22:05

Serial ulduzu Portuqaliyada dincəlir - FOTO

25 May 2017 22:05

Gözəl aktrisa rep deməklə hər kəsi təəccübləndirdi - VİDEO

25 May 2017 22:03

"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq

25 May 2017 22:02

Nişanı qayıdan ATV aparıcısı: "Bu əllərimi başqası tutmasın..."

25 May 2017 21:57

Bakalavr, magistr və doktorantların nəzərinə -

25 May 2017 21:56

Oturaraq ən çox pul qazanan 16 peşə sahibi - FOTO

25 May 2017 21:52

Saç dərisində kəpəyə və göbələklərə qarşı VASİTƏ

25 May 2017 21:52

Şamaxıda baş verən təbii fəlakətlə bağlı RƏSMİ AÇIQLAMA

25 May 2017 21:48

Beynəlxalq koalisiyanın Mosula endirdiyi hava zərbəsi nəticəsində 101 dinc sakin həlak olub

25 May 2017 21:47

Həftədə 22 badam xərçəng riskini 57% azaldır

25 May 2017 21:47

"Beşiktaş"ın Mancukiç arzusu puç oldu - RƏSMİ

25 May 2017 21:47

Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?

25 May 2017 21:42

Oruc tutmayanların iftar məclisinə getməsi düzgündürmü? –

25 May 2017 21:38

"Ceyms Bond" istirahətdə - FOTO

25 May 2017 21:32

Şamaxı İcra Hakimiyyətindən selin fəsadları barədə

25 May 2017 21:29

Müsəlmanlar üçün xüsusi mobil tarif hazırlanır

25 May 2017 21:28

“Bəri başdan pul alırdım ki, vaxt itməsin”: Bakıda dələduz tutuldu - VİDEO

25 May 2017 21:27

"Liverpul"un qapıçısı karyerasını bitirdi

25 May 2017 21:27

Güzəştli mənzil əldə etmək üçün tarix açıqlandı - QEYDİYYAT BAŞLAYIR - VİDEO

25 May 2017 21:22

Avtobus dayanacaqlarını zəbt edən taksilər - "Memar Əcəmi dairəsi"ndə xaos - VİDEO

25 May 2017 21:22

Haqq əhlini batil əhlindən necə ayırmaq?

25 May 2017 21:22

Buranın yolları acınacaqlı vəziyyətdədir - VİDEO

25 May 2017 21:22

Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

25 May 2017 21:22

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" -

25 May 2017 21:20

Bakıda kompüter oğruları kameraya düşdü - VİDEO

25 May 2017 21:17

Cəlilabadlılar 24 min saxta manatla tutuldular - VİDEO

25 May 2017 21:17

Həzrət Fatimə xütbə söyləmişdi?

25 May 2017 21:17

Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək - VİDEO

25 May 2017 21:17

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 21:12

Bitcoin-in qiyməti 2500 dolları keçdi

25 May 2017 21:12

Orucluqda nələrə diqqət etməliyik? - məsləhətlər

25 May 2017 21:12

Hüceyrə çirklənməsi arıqlamağa mane olur

25 May 2017 21:12

Federasiya rəhbəri gənc qızları barda döydü - VİDEO

25 May 2017 21:12

Tərtərdə göydən palçıq yağdı - VİDEO

25 May 2017 21:12

Xalq artisti ilə evli olan aktrisadan etiraf: "Bəlkə də buna görə ailə qurmağımıza gec razılıq verdim" - FOTO

25 May 2017 21:12

"Mən daha 10 il əvvəlki Runi deyiləm" - GEDİR

25 May 2017 21:07

Hande ekranlara geri qayıdır

25 May 2017 21:05

Cahangir Hacıyevin qızı 41 milyonu gözəllik salonlarına xərcləyib?

25 May 2017 21:05

Falçı 3 bacını aldatdı: “Qızılları qazana yığın” - FOTO

25 May 2017 21:05

Azərbaycan vətəndaşları Rusiyada ağır qəzaya düşdü

25 May 2017 21:03

Romada 28 May-Respublika Günü qeyd olunub

25 May 2017 21:01

Vəzifələr üzrə yeni qiymətlər: Aparat rəhbərləri üçün 110, katibələr üçün 10 manat

25 May 2017 21:01

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

25 May 2017 20:57

Fətullah Gülənə DAHA BİR ŞOK

25 May 2017 20:57

"Bakster "Qarabağ"ın forvardını məyus etdi

25 May 2017 20:57