Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çində sabiq nazir müavini 15 il azadlıqdan məhrum edilib

Çində sabiq nazir müavini 15 il azadlıqdan məhrum edilib

Date: 12 January 2016 07:42

Çində Tyançzin şəhər məhkəməsi sabiq Təhlükəsizlik nazirinin müavini Li Dünşeni korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, keçmiş nazir müavini bir sıra cinayətlərdə, o cümlədən 3,5 milyon dolları mənimsəməkdə və 1996-2013-cü illərdə vəzifəsindən sui-istifadədə təqsirli bilinib.
 
Li Dünşenin sabiq Təhlükəsizlik naziri Çjou Yunkanla əlaqəli olduğu bildirilir. Qeyd edək ki, ötən ilin yayında korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılan nazirə ömürlük həbs cəzası kəsilib.

Milli.Az


Tags:  Çində sabiq nazir müavini 15 il azadlıqdan məhrum edilib

RƏYLƏR


Top news