İraqda İŞİD-in maliyyə mərkəzi məhv edilib

İraqda İŞİD-in maliyyə mərkəzi məhv edilib
07:42 12 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-a məxsus hərbi təyyarələr İraqın Mosul şəhərində İŞİD-in külli miqdarda nağd pul saxladığı binaya hava zərbələri endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı hərbi mənbələrə istinadən xəbər verib.
 
Məlumata əsasən, adıçəkilən binadan terrorçular cari əməliyyatların həyata keçirilməsi üçün istifadə ediblər. "Söhbət milyonlardan gedir", deyə mənbə bildirib.
 
Bildirilir ki, iki 900 kiloluq mərmi terrorçuların tikilisini yerlə-yeksan edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR