Münaqişə zonalarında 24 milyon uşaq məktəbə getmir

Münaqişə zonalarında 24 milyon uşaq məktəbə getmir
07:47 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hazırda dünyanın 22 ölkəsində 24 milyona yaxın uşaq məktəbə getmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bildirib.
 
"Münaqişələrə məruz qalmış ölkələrdə yaşayan uşaqlar evlərindən, ailə üzvlərindən, dostlarından, adi həyat tərzindən məhrum olublar. Bu gün təhsilsiz qalan  uşaqlar gələcəklərini, böyüyəndə cəmiyyətə töhfə vermək imkanını itirmək təhlükəsi ilə üzləşiblər", deyə  UNICEF direktorunun köməkçisi, qurumun qlobal təhsil şöbəsinin rəhbəri Con Burnt vurğulayıb.
 
Uşaq Fondunun hesablamalarına əsasən, məktəb üzünə həsrət qalan uşaqların əksəriyyəti Əfqanıstanda, Sudanda və Nigerdə yaşayır. 2015-ci ildə 200 mindən çox uşaq Avropada sığınacaq axtarıb.  Dünya üzrə 30 milyona yaxın yetkinlik yaşına çatmayanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar. 250 milyondan çox uşaq isə hərbi münaqişələr davam edən regionlarda yaşamaqda davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR