5 yaşlı uşaq atasını xilas etdi

5 yaşlı uşaq atasını xilas etdi
07:57 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Fransada 5 yaşlı uşaq atası infarkt keçirdiyi zaman anasının yanına getmək üçün velosipedlə 3 kilometr yol gedib. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, yolda getdiyi yerə tələsdiyi hiss edilən uşaq hadisə haqqında məlumat verdiyi zaman atasının həyatı xilas edilib.

Fransanın Le Pay de La Loire bölgəsindəki Saint-Pierre-La-Cour qəsəbəsində yaşayan 5 yaşlı Kevin Djene adlı uşaq atasının həyatını xilas edə bildiyi üçün qəhrəman uşaq elan edilib. Gecə yarısı atasının halı pisləşən uşaq anasının 10 kilometr uzaqlıqdakı iş yerinə getmək üçün dondurucu soyuqda pijamaları və ayaqqabıları ilə yola çıxıb. 3 kilometr yol gedən uşaq maşınla yol gedən iki nəfərin diqqətini cəlb edib.

Maşın sürücüsü uşağı dayandırıb nə baş verdiyi haqda məlumat aldıqdan sonra polisə və təcili tibbi yardıma məlumat verib. Xəstəxanaya aparılan uşağın atası xilas edilib və Kevin ölkədə qəhrəman elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR