"iPhone7" etirazlara səbəb oldu - FOTO

"iPhone7" etirazlara səbəb oldu - FOTO
11:18 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yeni "iPhone7" hələ satışa çıxarılmasa da, artıq etirazlara səbəb olub.

Milli.az anspress-ə istinadən xəbər verir ki, "Apple"in bu versiyasında qulaqlıq girişinin olmayacağı haqqında yayılan xəbərlər çoxlarınının etirazı ilə qarşılanıb. Belə ki, aktiv sayt SumOfUs.org buna qarşı çıxan 210 min imza toplayıb.

Saytda yer alan ərizəyə görə, "Apple" müştərilərini təkrarən aldatmaqda günahlandırılır. Onların fikrincə qulaqlıq girişi olmadan buraxılan iPhone 7 geri dönüşü olmayan tonlarla elektron tullantının yaranmasına gətirib çıxaracaq.

Etiraz ərizəsində ""Apple"a müştərilərinə və planetə hörmət etməli olduğunu söyləyin. Standar qulaqlıq girişini qoruyun", sözləri yer alıb.

Qulaqlıq girişi yerinə "Lightning"in istifadə olunacağı deyilsə də tam olaraq qərar verilməyib. Beləliklə, etiraz edənlərin imza sayı çoxalmaqda davam edir. Bu gedişlə yəqin şirkət öz fikrini dəyişər.

Bir neçə il əvvəl "iPod"dock bağlantısı yenisi ilə əvəz edilib ki, bu da yüzdən çox naqil və enerji yığma vasitəsi (adaptor) yarasız hala gəlib.

Ötən ilin dekabr ayınada "iPhone 7"nin görüntüləri yayılıb. Prototipin əsas ekran düyməsinin və 3.5 mm-lik qulaqlıq girişinin olmaması onu digərlərindən fərqləndirir. "Apple" loqosu isə telefonun arxa hissəsində kameranın aşağısında yerləşir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR