"Qvardiolanın bacarığını şişirdirlər"

"Qvardiolanın bacarığını şişirdirlər"
08:32 12 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Yaya turenin agenti Dmitri Seluk "Bavariya"nın baş məşqçisi Xosep Qvardiola haqqında fikirlərini bölüşüb. Goal.az "Marca"ya istinadən xəbər verir ki, Seluk katalon mütəxəsis barədə mübaliğə edildiyini bildirib.

"Pep böyük məşqçidir. O, "Barcelona" və "Bavariya"da bir sıra titullar qazanıb. Həqiqətsə budur ki, bu iki klubla babam da titul qazana bilər. Çünki "Barca" və "Bayern"də güclü oyunçular çıxış edir. Qvardiola 8-9-cu pillədə olan komandanı götürüb çempion etsə, başqa məsələ. Onun bacarığını şişirdirlər. Mən onun planları barədə bilmirəm. Amma "Barcelona"da baş verənlərdən sonra Pepein "City"yə gəlməsindən sonra Turenin getmə ehtimalı olur. Mən və Yaya ümid edirik ki, bu təkrarlanmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR