İŞİD-in maliyyə mərkəzinə ağır zərbə

İŞİD-in maliyyə mərkəzinə ağır zərbə
08:51 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının maliyyə mərkəzi aviazərbələrə məruz qalıb. ANS PRESS-in məlumatına görə, aviazərbələrin Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi hava qüvvələrinə məxsus qırıclar tərəfindən endirildiyi bildirilir. Aviazərbələr nəticəsində İŞİD-in bank kimi istifadə etdiyi bina dağıdılıb. Pentaqon rəsmiləri qeyd ediblər ki, binada İŞİD-in milyonlarla pulu olub. Pulun hansı valyuta ilə saxlanıldığı və dəqiq nə qədər olduğu məlum deyil. Qruplaşma müəyyən əməliyyatlar keçirmək üçün silahlıları məhz bu maliyyə mərkəzindən pulla təmin edirmiş.


İŞİD-in maliyyə mərkəzinin olduğu bina

Amerika hərbi hava qüvvələri daha bir neçə bankı vurmağı planlaşdırır. Rəsmilər belə bir addım atmaqla İŞİD-in dövlət kimi fəaliyyətinə ağır zərbə endirəcəklərini bildiriblər.

Amerika qırıcıları bir həftə əvvəl İŞİD-ə məxsus neft tankerlərini vurmağa başlamışdılar.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR