Pulunu almaq üçün 40 il gözləməlidi - Luçeskuya şok

Pulunu almaq üçün 40 il gözləməlidi -   Luçeskuya şok
09:07 12 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

"Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunun başına görünməmiş olay gəlib. Fanat.az xəbər verir ki, rumın mütəxəssis 20 milyon avro pulu bankda girov qalıb.


Belə ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran mütəxəssis pullarını klubun sahibi və prezidenti Rinat Əhmədovun bankında saxlayırmış. Ukraynadakı inqilabdan sonra siyasi proseslərin gərginlşəməsindən sonra hökumətin pul transferini məhdudlaşdırması Luçesku kimi bir çox insanın pulunu banklardan çıxara bilməməsi ilə nəticələnib.


Məlumata görə, rumın mütəxəssisin bankda qalan pulu təxminən 20 milyon avodu. Onun dövlətdən kömək istədiyi nəticəsiz qalıb. Ukrayna hökuməti Luçeskuya "ildə ən çoxu 500 min avro ödəyə bilərik" cavabını verib. Hazırda 71 yaşında olan baş məşqçi bu hesabla bütün pullarını yalnız 40 il sonra - 111 yaşında ala bilər.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pulunu-almaq-ucun-40-il-gozlmlidi-t46734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR