Millimiz son oyununa çıxır

Millimiz son oyununa çıxır
09:17 12 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Təbriz Həsənovun komandası 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşacaq.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

12 yanvar

7-ci yer uğrunda oyun

13:00. Azərbaycan - Belarus

Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR