ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək
09:17 12 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Cənubi Koreyada yenidən nüvə silahı yerləşdirmək niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi Vaşinqton nümayəndəsi bildirib.
 
"Koreya yarımadasına nüvə silahının qaytarılması regionda təhlükəli silahlanma yarışına gətirib çıxara bilər", - deyə ABŞ rəsmisi vurğulayıb.
 
Eyni zamanda o qeyd edib ki, son hadisələrlə əlaqədar Vaşinqton və Seul Cənubi Koreyanın təhlükəsizliyinin möhkəmləndirilməsi yollarını müzakirə edirlər.
 
Qeyd edək ki, yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bəyan edib.
 
Xatırladaq ki, ABŞ nüvə silahını Cənubi Koreyadan 1991-ci ildə çıxarıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR