AMEA-nın doktorantura imtahanlarının nəticələri açıqlanıb, namizədlərdən biri IELTS-dən 7,5 bal toplayıb

AMEA-nın doktorantura imtahanlarının nəticələri açıqlanıb, namizədlərdən biri IELTS-dən 7,5 bal toplayıb
10:21 12 Yanvar 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura imtahanlarının nəticələri açıqlanıb. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov "Report"a bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya təsdiq olunan 93 yerə sənəd verən 97 nəfər imtahanda iştirak edib.

Onun sözlərinə görə, 81 nəfər müvəffəq qiymət alaraq doktoranturaya qəbul olunub: "AMEA-nın elmi müəssissələrinə tapşırılıb ki, qəbul olunan doktorantların dissertasiya mövzuları və elmi rəhbərləri müəyyənləşdirilərək təsdiq olunmaq üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin".

Dissertanturaya qəbul prosesinin hələ də davam etdiyini deyən Ə.Sadıqov qeyd edib ki, elmi müəssisələrin elmi şuralarında iddiaçılar dinlənilib: "Elmi şuraların təklifləri AMEA-nın müvafiq elmi bölmələrinə təqdim olunub və müzakirələr davam edir. Müzakirələrin nəticələri iki həftə müddətində təsdiq olunmaq üçün AMEA-nın Rəyasət Heyətinə təqdim olunacaq".

O, həmçinin xarici dil imtahanları üçün qoyulan tələblərin çətin olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. İdarə rəisi vurğulayıb ki, nəticələr gözlənildiyindən yaxşı olub: "IELTS-dən 7,5, 7, 6,5, xeyli 6 bal, eləcə də TOEFL-dan 80, 90, 100 bal toplayanlar olub. Əsas odur ki, bu qəbul zamanı istisnasız olaraq bütün iddiaçılar üçün eyni tələbləri tətbiq edə bildik. Gənclərdə inam yaratdıq".

Qeyd edək ki, test üsulu ilə keçirilən imtahanlarda namizədlərə təqdim olunan 50 sual 2 balla qiymətləndirilib. Bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalı idi.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/mea-nin-doktorantura-imtahanlarinin-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR