Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oksana məşhur hind aktyorunun evində qonaq olub - Video

Oksana məşhur hind aktyorunun evində qonaq olub -  Video

Date: 12 January 2016 10:58

Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova məşhur aktyor Dharmendra Deolun evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi aktyorla bağlı təəssüratlarını yazıb:

“Hindistanın məşhur Bollivud aktyoru Dharmendra Deolun (“Shaka", "Vir" kimi filmlərdə çəkilib – red.) Lunavala qəsəbəsində yerləşən rançosunda qonaq olduq. Mən artıq ikinci dəfədir ki, onun evində qonaq oluram. Birinci dəfə Şəhriyar Əbilovla birlikdə onun Mumbay şəhərindəki evinə çəkiliş üçün getmişdik. Sadəcə demək istəyirəm ki, əziz dostlar, arzunuzun dalınca gedin. Məni qınayanlar çoxdur. Sual verirlər ki, “Niyə bura gəlmişəm?”. Uşaqlığımda onları realda görmək arzusunda idim. Gördüm. Bəli, sevinirəm, həm də çox istəyirəm ki, hər kəs ürəyində olan öz arzusuna çatsın. Amin! Bu aktyor haqqında bir onu demək istəyirəm ki, böyük insandır. Necə gözləri saf görünür, baxışları təmizdir, eləcə də ürəyi saf və çox genişdir. Mən bu aktyoru dəhşət çox istəyirəm. Allah ona ömür versin”.

Videonu təqdim edirik:


Tags:  reqqase Oksana Resulova Oksana hind aktyorla Oksana Dharmendra Deol

RƏYLƏR


Top news