84 yaşlı milyarder nişanlandı - FOTO

84 yaşlı milyarder nişanlandı - FOTO
09:53 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur və nüfuzlu mediamaqnatı, News Corporation-ın banisi və rəhbəri, 84 yaşlı milyarder Rupert Mördok nişanlanıb.

Milli.az ABC-yə istinadən bildirir ki, o, 59 yaşlı sabiq supermodel Cerri Holla ailə qurmaq niyyətini açıqlayıb. Mördok indiyədək üç dəfə nikahda olub. Onun son izdivacı Çin əsilli amerikalı iş adamı Vendi Denq ilə idi. Mördok və Denq 2013-cü ildə boşanıblar.

Cerri Holl isə "The Rolling Stones" qrupunun solisti Mik Caggerin 4 övladının anasıdır. 1977-ci ildə Caggerlə ailə qurmuş Holl 1999-cu ildə ondan boşanıb.

59 yaşlı Holl əfsanəvi rok-musiqiçi Cagger ilə 23 il qeyri-rəsmi nikahda yaşasa da, onların 1990-cı ildə İndoneziyanın Bali adasında təşkil etdikləri toy Britaniyada qanunsuz sayılmışdı.

Bir qədər əvvəl Rupert Mördok oğlu Ceymsi 21st Century Fox kinostudiyasına rəhbər təyin edib. Mördokun özü və ikinci oğlu Laklan isə News Corporation-a başçılıq edirlər.

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR