Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev ASAN-a yeni xidmətlər verir

İlham Əliyev ASAN-a yeni xidmətlər verir

Date: 12 January 2016 09:41

"Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə.
Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq". Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev “ASAN xidmət”in Azərbaycan brendi olduğunu vurğulayıb.

Dövlət başçısı deyib ki, səyyar xidmət göstərilir, on avtobus ölkəni dolaşır. O, başqa ölkələrin də bu bu təcrübədən istifadə etdiklərindən şad olduğunu vurğulayıb.
"Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır".



İ.Əliyev gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Prezident hökumətə bu məsələ ilə bağlı əlavə təkliflər verməyi təklif edib. Bu təkliflərlə hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə biləcəyinə baxılacaq.

Nazirlər Kabinetinin toplantısında çıxış edən prezident deyib ki, sahibkarlığın inkişafı diqqət mərkəzində qalmaqdadır. Sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində prezidentinin tapşırıqlarının icrası sürətlə davam etdirilib, 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə, həmçinin “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.





Tags:  İlham Əliyev ASAN-a yeni xidmətlər verir



RƏYLƏR


Top news