Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
09:51 12 Yanvar 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

12.01.2016 zəlzələ - Azərbaycanda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb.

Zəlzələ Yardımlıdan 20 km şimalda İran ərazisində olub. Lakin təkanlar Azərbaycan ərazisində, episentirə yaxın yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.


Zəlzələ baş verən ərazi

Bu yeni ildə baş verən ilk zəlzələ deyil. Belə ki, yanvar ayının 8-də saat 04.45-də Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində də təkanlar qeydə alınıb.
Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.



Zəlzələ baş verən ərazi - 08.01.2016


Ötən ilin ancaq dekabr ayında 8 təkan qeydə alınıb. 2015-ci il dekabrın 29-da Yevlax rayonunda baş verən təkanların maqnitudası 3,2 olub. Ümumilikdə bu təkanların əksəriyyəti dənizdə qeydə alınıb.

Dekabrın 18-də Şirvanda, 20-də isə Sabirabadda təkanlar baş verib. Bunlardan ən güclüsü dekabrın 24-də Xəzərdə baş verib. Yerli vaxtla saat 02:39-da olan zəlzələnin maqnitudası 4,6 olub.

Xoşbəxtlikdən bu zəlzələlər zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR