800 il əvvəl batmış gəmi tapılıb

800 il əvvəl batmış gəmi tapılıb
10:01 12 Yanvar 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Qəza nəticəsində batmış gəmi 800 il sonra İtaliyanın Salentino yarımadasının sahillərində tapılıb.

Milli.az AZƏRTAC-a istinadən bildirir ki, əsasən ağacdan hazırlanmış gəminin eni 4,5 metr, uzunluğu isə 18 metrdir. Gəmi bir neçə əsr ərzində İtaliyanın Salentina bölgəsində sahilyanı ərazidə qalıb. Bölgənin təbii ehtiyatlarını qorumaq üçün həmin ərazidə hər hansı bir fəaliyyətin həyata keçirilməsi uzun illərdir qadağan edilib. Gəmi məhz mühafizə olunan zonada aşkarlanıb.

Gəminin tapılması ilə bağlı xəbəri yerli hakimiyyət orqanlarına balıqçılardan biri çatdırıb. Bundan sonra tədqiqat aparmaq üçün gəminin tapıldığı əraziyə dalğıclar göndərilib.

Qeyd edək ki, 2012-ci ildə İtaliyanın Liguria regionu sahillərində 2000 il bundan əvvəl batmış gəmi də aşkar edilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR