Qədim mağaranı lüks villaya çevirdi - FOTO

Qədim mağaranı lüks villaya çevirdi - FOTO
10:05 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Avstraliyalı iş adamı Ancelo Mastropietro indi villasını və apartamentini sataraq mağaraya köçüb. O, İngiltərənin Vusterşir qraflığındakı Vayr Vudda mağarasını satın alandan sonra həmin məkanı lüks evə çevirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2007-ci ildə huşsuzluq və yaddaşsızlıqdan şikayətlənən Ancelo həkimlərə müraciət edəndə müayinə onda dağınıq skleroz aşkarlamışdı.

Bundan sonra Avstraliyadakı biznesini, villasını və apartamentlərini satan Ancelo Britaniyaya köçüb, Vayr Vudda mağarasını alıb.

Mağarada işə başlayan 38 yaşlı Ancelo 1000 iş saatı sərf edib, qayanı dələrək 80 ton daş çıxarıb və 160 min funt-sterlinq sərf edərək indiki evini ərsəyə gətirib.

Onun mağarasının olduğu qayanın 250 milyon il yaşı var.

Ancelonun mağara-evində su kəməri, istilik sistemi, qızdırılan döşəmələr, Wi-Fi var.

"Bundan sonrakı həyatımı meşəlikdə, təbiət qoynunda yaşamaq istəyirəm. Özümü bəxtəvər hiss edirəm", - Ancelo Mastropietro deyib.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR