Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatıb

​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatıb

Date: 12 January 2016 10:12

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Silopi rayonu terrorçu PKK silahlılarından təmizlənib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu həmin rayonda keçirilən antiterror əməliyyatında yaralanmış çevik polis alayının əməkdaşı deyib.
Onun sözlərinə görə, rayon terrorçulardan tamamilə təmizlənib: "Onların gizləndikləri bütün yerlər müəyyənləşdirilib və hamısı zərərsizləşdirilib. Xüsusi təyinatlılar dörd bir tərəfdən əraziyə nəzarət edir".

Tags:  Türkiyənin rayonunda antiterror əməliyyatı başa çatıb

RƏYLƏR


Top news