Azərbaycanda 12 yaşlı uşaq özünü asdı

Azərbaycanda 12 yaşlı uşaq özünü asdı
10:31 12 Yanvar 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzulidə intihar baş verib. 12 yaşlı uşaq özünü asıb.

Füzulu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı Fin qəsəbəsində qeydə alınıb. Rayonun Şəkərcik kəndində anadan olmuş, Fin qəsəbədindəki qoyunçuluq fermasında yaşayan 2004-cü il təvəllüdlü Qara İsmiəli oğlu Ağayev yaşadığı evdə ikimərtəbəli çarpayının ikinci mərtəbəsindən mələfə ilə asıb.

Ailə üzvləri 12 yaşlı uşağın cəsədini asılmış vəziyyətdə aşkar ediblər. O, nəfəs çatışmazlığından dünyasını dəyişib.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Bənzər hadisə noyabr ayında Bakıda qeydə alınıb. 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındaki kondisionerin naqilindən asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Uşağın özünün nə üçün asmasının səbəbi bilinmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR