Boris Gelfand: "Azərbaycan yığması həmişə yaxşı çıxış edir"

Boris Gelfand: "Azərbaycan yığması həmişə yaxşı çıxış edir"
10:42 12 Yanvar 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Bu il Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının 3 aşkar favoriti olacaq". "Report"un məlumatına görə, bunu "Postimees" nəşrinə açıqlamasında israilli qrossmeyster Boris Gelfand deyib.
İndiyədək 9 Olimpiadada iştirak etmiş 48 yaşlı zəka sahibi bildirib ki, Azərbaycan paytaxtına favorit qismində Rusiya, ABŞ və Çin yığmaları gələcəklər: "Rusiya tarixi favoritdir. Çində güclü şahmatçılar nəsli yetişib, onlar ötən dünya çempionatının qalibi olublar. ABŞ reytinqcə ilk "10-luq"da yer alan 2 şahmatçını - Fabiano Karuana və Uesli Sonu milliləşdirib və indi güclü komandaya malikdir".
Bununla belə, B.Gelfandın fikrincə, rəqabət çox böyükdür: "Ukrayna da güclüdür. Azərbaycan, Ermənistan, Macarıstan, Fransa, Hollandiya və İngiltərə həmişə yaxşı çıxış edir. İndi müxtəlif ölkələrdə çoxlu güclü şahmatçı var. Bu səbəbdən, hər bir Olimpiada sürprizlə zəngin olur. Favoritlər çox vaxt nisbətən zəif komandanın müqavimətini qıra bilmirlər".
Qeyd edək ki, Boris Gelfand 2009-cu il Dünya Kubokunun qalibi, 2012-ci ilin dünya çempionu adına iddiaçı olub. 42-ci Ümumdünya Şahmat Olimpiadası 17 - 30 sentyabrda Baku Crystal Hall"da keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/boris-gelfand-azerbaycan-yigmasi-hemise-yaxsi-cixis-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR