Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb 

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb 
10:44 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

2016-cı il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 203 836 sığortaolunana fərdi şəxsi hesab açılıb.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, 2015-ci ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,84 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 180 154 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,2 faizi  (1 882 800 nəfər) kişi, 40,8 faizi (1 297 354 nəfər) isə qadındır.

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,08 faizini (797 700 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,15 faizini (672 670 nəfər) 30 yaşa kimi olan şəxslər,  21,14 faizini (672 132 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,43 faizini (649 690 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,20 faizini (387 962) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

 

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR