Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir"

İlham Əliyev: "Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir"

Date: 12 January 2016 11:43

Ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını keçirən prezident İlham Əliyev bir çox məsələlərdən bəhs edib. Bunlardan biri də son zamanlar informasiya-kommunikasiya sektorunda baş verənlərə də toxunub.

Prezident deyib ki, bu sektorun çox böyük potensialı var və inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır: "Bu sahədə inkişaf müşahidə olunur. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir".

İlham Əliyev təəssüflə qeyd edib ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək: "Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq".

Prezident bir daha qeyd edidb ki, informasiya-kommunikasiya texnologiyaları sektorunda da tam şəffaflıq yaradılmalıdır.


Tags:  prezident İlham Eliyev İlham Eliyev informasiya kommunikasiya


RƏYLƏR


Top news