Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir

“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir

Date: 12 January 2016 10:48


Bakı, 12 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin çəkilişləri davam edir.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifləri Aleksandr Mərdan və Ramiz Fətəliyev, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Evgeniya Orucova və digərləri canlandırırlar.
Filmin çəkilişləri ABŞ-da və Azərbaycanda aparılır.




Tags:  Həddən uyğunluq filminin çəkilişləri davam edir


RƏYLƏR


Top news