Kompüterlərdəki fərdi məlumatların oğurlanması hallarının qarşısını necə almaq olar?

Kompüterlərdəki fərdi məlumatların oğurlanması hallarının qarşısını necə almaq olar?
10:56 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Günümüzdə  kompüterlərdəki fərdi məlumatlara icazəsiz giriş və bu məlumatların oğurlanması halları artmaqdadır. Bunun qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunlardan biri də kompüterlərə "Firewall" quraşdırılmasıdır.
 
 
Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəyan edib ki, "Firewall" internetdən gələn təhlükələrə qarşı müdafiə üçün sistemə və şəbəkəyə girişi məhdudlaşdıran və ya əngəlləyən təhlükəsizlik sistemidir. Əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydaları əsasında daxil olan və ötürülən şəbəkə trafikini monitorinq edən və ona nəzarət edən şəbəkə təhlükəsizliyi sistemi olan "Firewall" həm proqram təminatı (software), həm də aparat təminatı (hardware) kimi tətbiq oluna bilər. "Firewall" şəbəkəni təhlükəsiz saxlamağa imkan verir.
 
Bütün şəbəkə məkanları (ev, ofis, ictimai və ya domen) və şəbəkə əlaqələri üçün (Wi- Fi, şəbəkə kabeli) əməliyyat sistemlərinə uyğun olaraq "Firewall" aşağıdakı formalarda aktivləşdirilir:
 
            - "Windows" üçün
 
  • İdarəetmə paneli  ⤍ "Windows Firewall" ⤍ "Firewall"-u aktiv edin
 
            - "Mac" üçün
 
  • Seçimlər ⤍Təhlükəsizlik  ⤍ "Firewall"-u aktiv edin
 
- "Linux" üçün
 
  • IP Cədvəli konfiqurasiya edin
  • Xüsusilə icazə verdiyiniz daxili şəbəkə əlaqələrindən başqa hamısını əngəlləməklə, "Firewall"-u quraşdırın.
  • Təsdiq olunmamış istifadəçilərin kompüterinizə girişini əngəlləmək üçün "Firewall"-u quraşdırın.
  • Yalnız inandığınız veb saytların girişinə icazə verin.
 

       "Firewall" aktivləşdirildikdən sonra onun üzərində müəyyən qaydalar müəyyənləşdirilməlidir. Bu qaydalar aşağıdakı kimi təsnif edilə bilər:

            məsafədən giriş (remote login ) 

  • arxa qapı tətbiqetmələri (application backdoors)
   
  • xidmətdən imtina hücumları (DoS - Denial of Service attacks)
 
  • e-poçt protokolu hesab oğurlanması (SMTP Session Hijacking)
   
  • əməliyyat sistemi xətaları (operating system bugs)
   
  • e-poçt bombaları
   
  • makrolar
 
  • viruslar
   
  • arzuolunmaz e-poçtlar (spam)
 
  • yenidən yönləndirilən bombalar (redirect bombs)
  Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri bildirir ki, kompüterlərdəki şəxsi məlumatları qorumaq üçün "Firewall" sazlanmasından əlavə kompüterlərə antivirus proqramları da yazılmalıdır.   Həmçinin həm antivirus proqramı, həm də "Firewall" daim yenilənməlidir.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40650-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR