Dövlət sərhədinin pozulmasının qarşısı alınıb

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
11:03 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən görülən tədbirlər uğurla davam etdirilməkdədir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 7-də keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində rayon sakinləri Fuad Abbasqulu oğlu Cəfərov və Samir Ataş oğlu Rəhimov 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.
Yanvarın 9-də isə həmin sərhəd zastavanın xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Rövşən Tofiq oğlu Əliyev, Elşad Rafiq oğlu İbişov və Musa Azad oğlu Qasımzadə narkotik vasitə olan 3,9 kiloqram həşiş qətranı və 3,7 kiloqram marixuana ilə saxlanılıblar.
Yanvarın 10-da isə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki zastavanın xidməti sahəsində Banqladeş Xalq Respublikasının üç vətəndaşı - Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır Azərbaycandan İrana keçməyə cəhd göstərərkən saxlanılıblar. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyənləşdirilib.
Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_serhedinin_pozulmasinin_qarsisi_alinib-917657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR