"Türkiyənin NATO-ya müraciət etməsi bu ölkə üçün alçaldıcıdır"

"Türkiyənin NATO-ya müraciət etməsi bu ölkə üçün alçaldıcıdır"
11:05 12 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin "Su-24" hadisəsindən sonra Türkiyənin NATO-ya müraciət etməsinin bu ölkə üçün alçaldıcı olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, V. Putin bunu Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib. "Türkiyə rəhbərliyi terrorçulara zərbə endirən təyyarəmizi vuraraq həyata keçirdikləri hərbi cinayət aktı barədə Rusiya ilə danışmaq əvəzinə, NATO baş qərargahına gedərək müdafiə üçün ora müraciət edib. Bu, olduqca qəribə görünür, hətta fikrimcə, Türkiyə üçün alçaldıcı vəziyyətdir",  - deyə V. Putin qeyd edib.
 
Rusiya prezidenti bildirib ki, Moskva və Ankara münasibətlərindəki problemlər Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı deyil. Lakin bununla yanaşı, o, NATO-nun bütün məsələlərə müdaxiləsinin də anlaşılan olmadığını diqqətə çatdırıb: "Türkiyəyə heç kim hücum etməyə hazırlaşmır. Lakin əgər Türkiyənin dünyanın hansısa nöqtəsində, qonşu dövlətlərdə marağı varsa, bu o deməkdir ki, NATO bu maraqları müdafiə etməlidir?"
 
V. Putin bu tip oxşar insidentlərin irimiqyaslı toqquşmalara gətirib çıxarmayacağına ümidvar olduğunu da söyləyib: "Rusiya təhlükəsizliyinə hər hansı təhdid yaranacağı təqdirdə, əlində olan bütün mümkün vasitələrlə özünü müdafiə etməyə hazır olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR