Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükdə general işdən çıxarıldı

Gömrükdə general işdən çıxarıldı

Date: 12 January 2016 11:05

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. 

Milli.Az AzVision.az-a istinadən bildirir ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabrında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir.

B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.

Milli.Az


Tags:  Gömrükdə general işdən çıxarıldı



RƏYLƏR


Top news