“Naxçıvanda “donuz qripi” yoxdur” - NAZİRLİK

“Naxçıvanda “donuz qripi” yoxdur” - NAZİRLİK
11:28 12 Yanvar 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi son günlər MR-də “donuz qripi” virusu yayıldığı ilə bağlı məlumatlara aydınlıq gətirib.

NMR-in Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasında “donuz qripi”nin olması ilə bağlı yalnış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır. Bu günə qədər muxtar respublikanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib.

Görülmüş tədbirlərin nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR