"Messi futbolçu deyil" deyənlərə

"Messi futbolçu deyil" deyənlərə
11:27 12 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messi 2015-ci ilin də ən yaxşı futbolçusu seçildi. Bununla o, 5-ci dəfə "Qızıl top" mükafatına layiq görüldü.

Ancaq hələ də onun nəinki bütün dövrlərin, heç müasir dövrün ən yaxşı futbolçusu olmadığını iddia edənlər var. Hər hansı bir şəxsi insan kimi bəyənməmək olar. Hətta ondan zəhlən də gedə bilər. Amma bu, onun ən yaxşı olduğu həqiqətini dəyişməz.

Milli.Az apasport.az-a istinadən Messinin indiyə qədər qazandığı uğurları təqdim edir: 

"Cəmi" 5-cə dəfə "Qızıl top"u qazanıb. 

12 illik peşəkar karyerası ərzində 8 dəfə "Qızıl top" uğrunda yarışın ilk "3-lüy"ündə olub.
 
7 dəfə ölkə çempionu olub.
 
6 dəfə İspaniya Superkubokunun, 3 dəfə Kral Kubokunun qalibi olub.
 
4 dəfə Çempionlar Liqasını qazanıb.
 
3 dəfə Avropa Superkubokunun, 3 dəfə Klublararası Dünya Kubokunun sahibi olub.
 
Gənclər arasında dünya çempionu, böyüklər arasında dünya ikincisi olub.
 
2007-ci ildən bəri hər il simvolik komandaya düşür.
 
2008-ci ildən hər mövsüm Çempionlar Liqasının simvolik komandasına düşür.
 
3 dəfə La Liqanın bombardiri, 2 dəfə assist "kralı" olub.
 
5 dəfə Çempionlar Liqasının bombardiri, 2 dəfə assist "kralı" olub.
 
Bir mövsümdə 73 qol vuraraq rekord qırıb.
 
Saysız-hesabsız bir neçə rekorda imza atıb, atmaqda da davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR