Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramil Usubov polis rəisini işdən çıxardı

Ramil Usubov polis rəisini işdən çıxardı

Date: 12 January 2016 12:36

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

Milli.Az AzVision.az-a istinadən bildirir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılov tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab İsmayılov bundan öncə Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub və nazirin 2010-cu ildə verdiyi müfaviq əmrlə Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəisi təyin edilib.


Tags:  daxili isler nazirliyi daxili isler nazirliyinde kadr deyisikliyi ramil usubov zohrab ismayilov


RƏYLƏR


Top news