Neft - 30,8 dollar (Antirekord)

Neft - 30,8 dollar (Antirekord)
11:50 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Brent markalı xam neftin 1 barelinin qiyməti psixoloji sədd olan 31 dollardan aşağı düşüb. Bu, son 12 ilin "antirekord"udur.

Milli.Az NBC-yə istinadən bildirir ki, neftin ucuzlaşmasının səbəbi bazarda təklifin tələbatdan artıq olması, habelə investorların Çindəki iqtisadi situasiya ilə bağlı narahatlığıdır. Londondakı İCE birjasında Brent markalı neftin fevral fyuçersləri 8 faiz ucuzlaşaraq 1 bareli 30,8 dollardan satılıb.

İlin əvvəlindən bəri Brent markalı neft 12 faiz ucuzlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR